Pirəkəşküldə general fermerləri susuz qoyub - FOTOLAR

Abşeron rayonu, Pirəkəşkül kəndində əkinlə məşğul olan fermerlərin suyu kəsilib.

Musavat.com-un xəbərinə görə, fermerlər iddia edirlər ki, onların suyunu kəsib öz təsərrüfatına yönəldən Müdafiə Nazirliyinin Zahir adlı generalıdır:

“General Pirəkəşkül kəndində su ehtiyatları həcmi olmadığı halda dərinliyi 1 hektar ərazidə dərinliyi 4 metr olan balıq gölü qazıdırıb. Aprel ayında əkdiyimiz bostan əkinləri susuz qalıb. Hazırda aylarla davam edən əzab-əziyyətimiz nəticəsində ərsəyə gəlməkdə olan əkinlərimiz susuzluqdan məhv olur. Generalın qanunsuz qazdırdığı balıq gölünə suyun yönləndirilməsi üzündən nəinki biz əkinçilərə, sadə kənd sakinlərinə də külli miqdarda ziyan dəyib. Dövlətdən subsidiya alan fermerlərə belə ziyan dəyir. Hazırda ərazidə salınmış meyvə bağı məhv olmağa məhkumdur”.

Fermerlər deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və müdafiə naziri Zakir Həsənova da müraciət ediblər:

“Həm Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, həm də müdafiə nazirindən təsirli göstərişlər gözləyirik. Generalın qanunsuzluğuna son qoyulmasını istəyirik”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

21.07.2023 16:47
1487