İran prezidenti Nyu-Yorka səfər etmək üçün Xameneyi ilə danışacaq.
Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian dövlət televiziyasında çıxışında bu haqda danışıb.
"Nyu-York səfərini ali rəhbərlə müzakirə edəcəyəm. İran hər kəs üçündür, konkret qrup və ya qruplaşma üçün deyil. Xaricə gedənləri geri qayıtmağa inandıra bilərik".
Pezeşkian ölkədən kənarda yaşayan vətəndaşları İrana sərmayə qoymağa çağırıb.
@@TVmusavat/94451@@
Musavat.com