Pezeşkian xalqa verdiyi vədlərdən danışdı: "Unutmayacağam..."

Avqustun 31-də dövlət televiziyasında ilk dəfə xalq qarşısında çıxış edən İran prezidenti Məsud Pezeşkian müsahibə əsnasında bildirib ki, Dövlət Radio-Televiziyasında çıxış etmək istəsə də, ona deyiblər ki, protokola əsasən müsahibə Prezident Administrasiyasında aparılmalıdır.

Məsud Pezeşkian prezident seçkiləri zamanı xalqa verdiyi sözlərə toxunaraq deyib: “Mən xalqın etimadına görə təşəkkür edirəm və söz verirəm ki, dediklərimi unutmayacağam”.

Musavat.com bildirir ki, Qərblə münasibətlərindən də danışan Pezeşkian Nyu-Yorka səfər etmək üçün Xameneyi ilə danışacağını bildirib. 

01.09.2024 10:46
692