Pezeşkian prezident seçiləndən sonra ilk onun məzarını ziyarət etdi - ürəkdağlayan VİDEO

Məsud Pezeşkian prezident seçiləndən sonra ilk olaraq xanımının məzarını ziyarət edib. 

"MOUZE" teleqram kanalı bununla bağlı görüntülər paylaşıb. 

Qeyd edək ki, 1994-cü ildə Məsud Pezeşkianın ginekoloq işləyən həyat yoldaşı və oğlundan biri avtomobil qəzasında həlak olub. Ürək parçalayan məlum hadisədən sonra Pezeşkian yenidən ailə qurmamaq qərarına gəlib. Qızı və iki oğlunu təkbaşına böyüdüb. Məsud Pezeşkian "X" sosial media hesabında özünü "ər, ata və baba" kimi təqdim edir. (milli.az)

12.07.2024 19:08
2481