Pezeşkian özünə nazir seçir- İran parlamenti növbəti dəfə toplandı

İran parlamenti yeni hökumətinin tərkibinə baxılması üçün 3-cü iclasını keçirir.

Musavat.com İSNA-ya istinadən xəbər verir ki, bugün İran parlamenti prezident Məsud Pezeşkianın təklif etdiyi yeni nazirlərinin səlahiyyətlərinə baxılması üçün dünəndən bəri üçüncü plenar iclasına başlayıb.

Məlumata görə, millət vəkilləri dünən səhər və axşam keçirilən plenar iclaslarda 14-cü hökumətin siyasətini və baş planını nəzərdən keçiriblər.

18.08.2024 12:03
631