Pezeşkian Netanyahuya cavab verdi: “Bu, sadəcə illüziyadır”

İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında bildirib.

“Qəzzanı sudan və ərzaqdan məhrum edən bir rejim indi deyir ki, İrana su verəcək? Bu – illüziyadır və bundan başqa heç nə deyil”, – deyə Pezəşkian qeyd edib.

Musavat.com

13.08.2025 19:53
841