İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.
Bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.
Onun IRIB telekanalında bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi.
Xatırladaq ki, Məsud Pezeşkian Azərbaycan əsillidir.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb.
İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.
Qeyd edək ki, İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq./Report