Pezeşkian İran-Rusiya əlaqələrindən danışdı

"Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur. Mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və gücləndirməkdə davam edəcək". 

Musavat.com xəbər verir ki, bu fikirləri İran prezidenti Məsud Pezeşkian bildirib. 

"Biz Rusiya və Ukrayna xalqları üçün sülhə sadiqik. Mənim hökumətim bu məqsədə çatmağa yönəlmiş təşəbbüsləri fəal şəkildə dəstəkləməyə hazır olacaq", - o qeyd edib. 

Pezeşkian əmin edib ki, o, Rusiya ilə ikitərəfli əməkdaşlığa bundan sonra da üstünlük verəcək.

Pezeşkyanın sözlərinə görə, Çin və Rusiya ağır vaxtlarda İrana ardıcıl dəstək veriblər. 

 

Musavat.com

13.07.2024 02:33
1031