Pezeşkian ilk xarici səfərini BU ÖLKƏYƏ EDƏCƏK

Məsud Pezeşkian İran prezidenti vəzifəsinə təsdiq olunduqdan sonra ilk xarici səfərini İraqa edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Əl-Məyadin” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Pezeşkian bu səfəri iraqlı həmkarı Əbdüllətif Camal Rəşidinin dəvətinə cavab olaraq BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına yollanmazdan öncə həyata keçirəcək.

Onun bu səfəri İranın İraqla əlaqələrinin əhəmiyyətindən xəbər verir.

Musavat.com

26.08.2024 12:48
4023