Pezeşkian İLK müsahibəsini verdi: önəmli açıqlamalar, yol xəritəsi, Rusiya ilə...

İran prezidenti Məsud Pezeşkian ilk müsahibəsini verib.

Musavat.com-un “Tehran Times”a istinadən xəbərinə görə, Pezeşkian önəmli açıqlamalarla çıxış edib.

O, qonşu ölkələrlə əlaqələrin gücləndiriləcəyini bildirib:

“Biz “güclü region”un yaradılmasının tərəfdarıyıq, bir ölkənin digərləri üzərində hegemonluq və dominantlıq axtardığı region deyil”.

“Biz əlaqələrimizi dərinləşdirmək və ümumi problemləri həll etmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qətər, Küveyt, BƏƏ və regional təşkilatlarla işləməyi səbirsizliklə gözləyirik”, - deyə Pezeşkian vurğulayıb.

O, Qəzzadan da söz açıb:

“Mənim administrasiyam qonşu ərəb ölkələrini əməkdaşlığa çağıracaq və qırğınların dayandırılması, münaqişənin yayılmasının qarşısını almaq üçün Qəzza zolağında daimi atəşkəsə üstünlük vermək məqsədilə bütün siyasi və diplomatik rıçaqlardan istifadə edəcək”.

İran prezidenti Rusiya-Ukrayna müharibəsi haqda isə bunları deyib:

“İran Rusiya və Ukrayna xalqları arasında sülhə nail olmağa çalışır, mənim hökumətim buna yönəlmiş təşəbbüsləri dəstəkləyəcək”.

Pezeşkian İrana dəstək olan ölkələrdən də bəhs edib:

“Çin və Rusiya çətin anlarımızda bizə dəstək oldular, biz bu dostluğu dərindən qiymətləndiririk.

Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur. Mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və gücləndirməkdə davam edəcək. İran Rusiya ilə xüsusilə BRİKS, ŞƏT və Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa üstünlük verməkdə davam edəcək”.

Musavat.com

13.07.2024 16:00
5090