İran prezidenti Məsud Pezeşkian oktyabrın 10-da Türkmənistana gedəcək.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, İran prezidenti məşhur türkmən şair Maqtumqulu Fəraqinin vəfatının 300-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Türkmənistana yola düşəcək.
Bildirilib ki, Məsud Pezeşkian “Dillərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi: sülhün və inkişafın əsasları” adlı beynəlxalq konfransda çıxış edəcək.
Musavat.com