Pezeşkian HƏMAS-ın Tehrandakı ofisinə gedib, Yəhya Sinvarın ölümü ilə bağlı başsağlığı verib

İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Tehrandakı ofisinə baş çəkərək hərəkatın Siyasi Bürosunun baş katibi Yəhya Sinvarın və digər üzvlərinin öldürülməsi ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Məsud Pezeşkian HƏMAS-ın İrandakı nümayəndəsi Zaled Kaddumi ilə görüşərək vəziyyətə dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Yəhya Sinvar oktyabrın 16-da İsrail müdafiə ordusunun əməliyyatı nəticəsində ölüb.

22.10.2024 12:32
256