Bu gün İranın yeni prezidenti Məsud Pezeşkian Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Həniyə və onun mühafizəçisinin cənazə namazında ağlayıb.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, Pezeşkian İranın ali dini rəhbəri Əli Xameneyi ilə cənazə namazı qılarkən göz yaşlarında boğulub.
Qeyd edək ki, bu gün Tehranda HƏMAS liderinə vida mərasimi təşkil edilib.
Həniyənin cənazəsi isə avqustun 2-də Qətərin paytaxtı Dohada dəfn ediləcək.
Musavat.com