ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden bildirib ki, Livanın müxtəlif bölgələrində peycerlərin kütləvi şəkildə partlaması haker hücumu ilə deyil, daha çox quraşdırılmış partlayıcı qurğuların işləməsi ilə bağlıdır.
O, X sosial şəbəkəsində bildirib ki, belə fikirə gəlməsinə zərərçəkənlərin aldıqları oxşar ağır xəsarətlər səbəb olub.
“Əgər bunlar həddindən artıq qızmış batareyalardan yaranan partlayışlar olsaydı, biz daha kiçik yanğınlar və uğursuzluqlar görərdik”, - Snouden əlavə edib.
O, partlayışın arxasında İsrailin ola biləcəyini etiraf edib və mahiyyətcə bunu terrorizm adlandırıb: “Terrorizmdən fərqlənmir".
Axios yazır ki, Livanda peycerlərin partladılması əməliyyatı İsrailin baş naziri Netanyahu ilə onun kabinet üzvləri və təhlükəsizlik rəhbərləri arasında keçirilən görüşlərdə təsdiqlənib.
Sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin irimiqyaslı partlaması baş verib. KİV-in məlumatına görə, kiberhücum İsrail kəşfiyyatının agenti Mahşir Keşer tərəfindən həyata keçirilib.
O, əvvəllər Hizbullahın logistika marşrutlarına yönəlmiş müxtəlif əməliyyatlar həyata keçirib. Partlayışlar nəticəsində 8 nəfər ölüb, 2,8 mindən çox insan yaralanıb.
Yaralılar arasında İran səfiri Moctaba Amani də var. Onun həyatı təhlükədə deyil. Partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub.
Şahanə Rəhimli
Musavat.com