Livanın müxtəlif bölgələrində peycerlərin partladılması nəticəsində 2,8 mindən çox insan xəsarət alıb, 8 nəfər ölüb.
Musavat.com xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi bildirib.
Mütəxəssislər partlayışın müxtəlif versiyalarını sadalayıblar.
1-ci ehtimal; Uzaqdan haker müdaxiləsi. Bu durumda batareyadakı qoruyucu lövhəsi söndürülür və o partlayır.
2-ci ehtimal; Mossad Orta Şərq bazarına "bubi tələsi" qurulmuş (minalanmış) peycerlər buraxıb.
3-cü ehtimal; İsrailli hakerlər Hizbullahın cihazlarda quraşdırdığı "özünü məhvetmə sistemi"ni sındırıblar. Bu, cihazın düşmən əlinə keçməsi durumunda işə salınır və cihaz partladılır.
Musavat.com