"Hizbullah"ın peycerlərin işindən şübhələnməsi İsraili Livandakı cihazları partlatmağa məcbur edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın “Al-Monitor” nəşri yazıb.
Qeyd olunub ki, İsrailin ilk planı "Hizbullah"ın peycerlərini yalnız genişmiqyaslı müharibə zamanı partlatmaq olub.
Sayt yazır ki, təhlükəsizlik rəsmiləri ən azı iki "Hizbullah" üzvünün cihazlarda nəyinsə səhv olduğundan şübhələnməsindən sonra qərar qəbul ediblər.
Musavat.com