Peycer partlaması nəticəsində yaralanan İran səfirindən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, İranın Livandakı səfiri Müctəba Əmani Beyrutdakı peycer partlayışlarında yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Qeyd olunub ki, partlayış nəticəsində səfir bir gözünü itirib.

İran İnqilab Keşikçiləri Korpusunun mənbələri bildiriblər ki, iranlı diplomatın ikinci gözü də ciddi zədələnib. Səfirin müalicə üçün Tehrana köçürüləcəyi dəqiqləşib.

Musavat.com

18.09.2024 09:03
918