Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Zarubinə deyib ki, Vladimir Putin vəziyyətin kəskin olduğu regionların rəhbərləri, hüquq-mühafizə orqanlarının və sosial idarələrin rəhbərləri ilə gündəlik və hətta saatlıq əlaqə saxlayır, sosial təminatla bağlı bütün məsələlər şəxsi nəzarətindədir.
Bu barədə Musavat.com xarici mediaya istinadən məlumat verir.
Dövlət başçısının mətbuat katibi onu da əlavə edib ki, Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı “gündə bir neçə dəfə və ya lazım gəldikdə, həm gündüz, həm də gecə prezident hərbçilərdən məlumat alır”.
Cavanşir ABBASLI
Musavat.com