Co Baydenin prezidentliyi dövründə ABŞ təzyiqlərə görə Rusiyanın səbrini tükətdi.
Musavat.com gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Baydenin prezidentliyi dövründə Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər qırılma nöqtəsinə çatıb və Rusiyanın səbrini daşdırıb.
"Məhz cənab Baydenin prezidentliyi dövrü bütün bu proseslərin kulminasiya nöqtəsinə çevrildi", - Peskov əlavə edib.
Kreml rəsmisi həmçinin bildirib ki, Moskva ilə Vaşinqton arasında münasibətlər hazırda tarixinin ən aşağı nöqtəsindədir. Lakin onların təkmilləşdirilməsi üçün hələlik heç bir perspektiv yoxdur.
İyun ayında Dmitri Peskov deyib ki, Baydenin Vladimir Putin haqqında təhqiramiz ifadələri yalnız onun öz reputasiyasına xələl gətirir.
Musavat.com