Peskovdan Rusiyadakı söz azadlığı ilə bağlı açıqlama- "Müharibə bitəndən sonra..."

"Düzünü desək, biz müharibədəyik. Ona görə də tətbiq edilən senzura başadüşüləndir"

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib:

"İçində olduğumuz müharibə vəziyyətində senzura haqlı qərar olduğu kimi, bəzi doğru olan informasiyalara da nəzarət lazımlıdır. Biz müharibədəyik. Ancaq müharibə bitəndə, sülh əldə olunanda tam məlumat azadlığı olacaq".

06.09.2024 12:33
391