Rusiya Ukraynada hərbi əməliyyatları davam etdirmək və bütün məqsədlərə çatmaq üçün kifayət qədər hərbi gücə malikdir.
Musavat.com xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında deyib.
Peskov bildirib ki, Vladimir Putin Qərbin davranışlarına cavab verən zaman ehtiyatla davranır.
O əlavə edib ki, buna baxmayaraq rusiyalı ekspertlər digər variantları da müzakirə edirlər.