Peskovdan İran raketləri ilə bağlı AÇIQLAMA

İranın Rusiyaya ballistik raket ötürməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Wall Street Journal” qəzetinin İran raketlərinin Ukraynada döyüş əməliyyatlarında istifadəsi üçün Rusiyaya ötürülməsi ilə bağlı yazısını şərh edərkən bildirib.

“Biz bu mesajları gördük. Bu cür məlumatlar hər dəfə reallığa uyğun gəlmir”, - Peskov qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi İranla tərəfdaşlığın vacibliyini vurğulayıb. "Tərəflər bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələrdə ticari-iqtisadi əlaqələri və əməkdaşlığı inkişaf etdirir. Rusiya və İran ölkələrinin, xalqlarının maraqları naminə dialoqu davam etdirmək niyyətindədirlər", - deyə Peskov bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

09.09.2024 19:10
1529