Peskov: “Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar siyasi xarakter daşıyır”

Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar siyasi xarakter daşıyır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Kremlin bu danışıqlar prosesini diqqətlə izləyir. Sözçü, nə Ukraynanın, nə də Moldovanın Aİ-yə daxil olmaq meyarlarına cavab vermədiyini vurğulayıb.

15.12.2023 14:32
333