Peskov Navalnayanın iddialarına CAVAB verdi

“Rusiya prezidenti Vladimir Putinin Aleksey Navalnının ölümündə əli ola biləcəyi ilə bağlı iddialar tamamilə əsassızdır”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml nümayəndəsi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın müvafiq sözlərinə belə cavab verib:

“Bunu şərhsiz buraxırıq. Təbii ki, bunlar tamamilə əsassız, Rusiya dövlətinin başçısına yersiz ittihamlardır. Lakin Yuliya Navalnayanın bir neçə gün əvvəl dul qaldığını nəzərə alsaq, bunu şərhsiz qoyuram”.

Navalnayanın ərinin cəsədində hansısa zəhərin izlərini gizlətmək üçün qohumlarına verilmədiyi ilə bağlı sözlərini Peskov belə şərh edib:

“Bu iddia ilə tanış deyiləm. Amma orada belə sözlər var idisə, yenə deyirəm, bunlar əsassız ittihamlardan başqa bir şey deyil. Çünki onlar heç nə ilə əsaslandırılmır, təsdiqlənmir. Bu halda yalnız etik səbəblərə görə mən bu sözləri düzgün qiymətləndirə bilmirəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

20.02.2024 15:24
837