Peskov “alternativ marşrutumuz var” deyir

Rusiyanın Avropaya alternativ qaz tədarük marşrutları var.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiya qazının tranziti ilə bağlı sazişin müddətinin uzadılmasından imtinasını şərh edərkən deyib.

Peskov mövcud planları da açıqlayıb:

“Alternativ marşrutlar var, Türkiyədə qovşağın yaradılması planları var, bununla bağlı iş gedir”.

Onun sözlərinə görə, Ukraynanın addımı avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq:

“Əlbəttə, Ukrayna tərəfinin belə bir qərarı avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq”.

Musavat.com

28.08.2024 14:04
1300