Peskov: ABŞ-nin İrana qarşı nüvə silahı tətbiq edə biləcəyi barədə xəbərlər spekulyasiyadır

ABŞ-nin İrandakı obyektə qarşı taktiki nüvə silahı tətbiq edə biləcəyi barədə xəbərlər spekulyasiyadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda çoxlu spekulyasiyalar var. Hadisələrin bu cür inkişafı fəlakətli olardı, lakin spekulyasiyaların sayı o qədər çoxdur ki, əslində onları şərh etmək mümkün deyil", - o qeyd edib.

20.06.2025 14:06
413