Peskov ABŞ ilə dialoqdan DANIŞDI 

“Rusiya ABŞ ilə dialoqa hazırdır, lakin bütün mövcud problemlər, o cümlədən Ukrayna ətrafındakı münaqişə və Vaşinqtonun orada iştirakı nəzərə alınmalıdır”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya prezidenti dialoqun perspektivlərindən danışdı və dedi ki, biz ABŞ ilə dialoqa hazırıq. Yığılmış problemlərin ümumi kompleksindən hansısa seqmentləri ayırmaq mümkün deyil və biz bunu etməyəcəyik. Lakin ümumilikdə bu dialoqa böyük tələbat var, çünki problemlər yığılır və qlobal təhlükəsizlik arxitekturası ilə bağlı çox sayda problem var. Bəyanat verənlər Rusiya prezidentinin əvvəlki sözlərinə diqqət yetirməyiblər”, - deyə Peskov əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

21.06.2024 16:35
1849