Pərviz Məhsimov işdən çıxarıldı

TƏBİB-in "Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında - fevralın 23-də xitam verib.

Musavat.com xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib.

Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.

Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.

24.02.2024 12:43
3739