Pərvin Abıyeva “Tiktok”a bu səbəbdən girmir: “Çox iyrənc şeylər gördüm”

Aktrisa Pərvin Abıyeva Tiktok sosial şəbəkəsindən istifadə etməməyinin səbəbini açıqlayıb.

"Tarixin bir günü" verilişinə qonaq olan Abıyeva bu platformanın ona daha maraqlı gəlmədiyini deyib. Pərvin Tiktokdakı insanlar iyrəncləşdiyi üçün artıq o platformaya daxil olmadığını bildirib:

"Mən orada həddən artıq özbaşnalıq və tərbiyəsizlik gördüm. Oradan çıxma səbəbim də o oldu. Çox iyrənc şeylər gördüm. Bundan sonra oradan uzaqlaşdım. Artıq oranın mənim yerim olmadığını düşündüm. "Həvəsdir-bəsdir" dedim"./Yenisabah.az

01.04.2025 20:05
468