Pərvin Abıyeva sevgilisindən danışdı

Aktrisa Pərvin Abıyeva ilk dəfə sevgilisindən danışıb. 

Bu haqda sənətçi instaqramda canlı yayımda sualları cavablandırıb. O, "Sevgilindən ayrılmısan" sualına belə reaksiya verib:

"Kim deyir? Ayrılmamışıq. Sevgilim yaşca məndən böyükdür".

Pərvin artıq çəki almasından danışıb:

"58 kiloqrama yüksəlmişəm. Necə şişmişəm. 173 boyla 55 kiloqram mənə idealdır".

Uzun müddətdir TikTok-a girməyən aktrisa bunla bağlı suallara "TikTok-un zibili çıxıb. Əvvəlki kimi maraqlı və əyləncəli deyil. Çoxdandır TikTok-a girmirəm" reaksiyasını verib.   (Axşam.az)

04.03.2025 19:40
1451