Pentaqonun əməkdaşı məxfi materialları xaricə köçürməyə cəhddə şübhəli bilinərək həbs edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, casusluq etmək qərarına prezident Trampın siyasəti ilə razılaşmadığı üçün gəlib.
Bu şəxs Pentaqonun kəşfiyyat idarəsinin 28 yaşlı İT mütəxəssisi Natan Vilas Laçdır.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, mart ayında FTB Laçin sənədlərdə "dost" adlandırılan ölkələrdənn birinin nümayəndələrinə məxfi məlumatlar ötürmək niyyətində olduğu barədə məlumat alıb. Bu ölkənin adı açıqlanmır.
Kəşfiyyat zabiti özünü göstərilən ölkənin agenti kimi təqdim edərək Laçla əlaqə yaradıb. Yazışmalar zamanı Laç "ABŞ-ın hazırkı prezident administrasiyasının dəyərlərini" bölüşmədiyini və buna görə də məxfi məlumatları ötürməyə hazır olduğunu bildirib. Bunun müqabilində o, xarici vətəndaşlıq və ya başqa təzminat alacağını gözləyirdi.
Hazırda faktla bağlı araşdırma aparılır.
Musavat.com