Pentaqondan ŞOK ETİRAF

Pentaqon Tayvana zədələnmiş, istifadəyə yararsız və pis qablaşdırılan silahlar tədarük oldunduğunu etiraf edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Pentaqonun sözçüsü mayor Pete Nguyen deyib ki, nazirlik Tayvana "Presidential Drawdown Authority" mexanizmi çərçivəsində kömək almaq prosesini təkmilləşdirmək üçün addımlar atıb və ilk dəfə qeydə alınan pis təcrübədən nəticə çıxarılıb.

Nguyen agentliyə bildirib ki, Tayvan təhlükəsizlik sahəsində əməkdaşlığın əsas tərəfdaşıdır və ABŞ hökuməti bu tərəfdaşa verilən avadanlığın operativ şəkildə istifadəyə yararlı olmasını təmin etməyə sadiqdir.

2023-cü ilin iyulunda ABŞ prezidenti Co Bayden, ABŞ administrasiyasının rəhbərinə fövqəladə vəziyyət halında, silah və digər yardımların verilməsinə Konqresin təsdiqi olmadan imkan verən Prezident Administrasiyasının Təchizatı mexanizmi çərçivəsində Tayvana 345 milyon dollara qədər hərbi yardım paketi elan edib. Bu halda çatdırılma birbaşa Pentaqonun anbarlarından həyata keçirilir.

Agentliyin məlumatına görə, 2023-cü ilin noyabrından 2024-cü ilin martına qədər ABŞ Tayvana bir neçə partiya silah və sursat göndərib, onların bəziləri zəif qablaşdırılıb və ya istifadəyə yararsız olub. Xüsusilə, dekabr ayında Pentaqon 340 bağlamadan 120-nin suyun təsirinə məruz qalması nəticəsində zədələnmiş olduğu bir yük göndərib. Onların içərisində nəmlənmiş və nəticədə kiflənmiş bədən zirehləri üçün lövhələr də var idi. Bundan əlavə, M240 pulemyotları adi karton qutulara qablaşdırılıb və 2,7 milyon patrondan ibarət göndərişdə saxlama müddəti ötmüş döyüş sursatı aşkar edilib.

Bundan əlavə, audit üzə çıxarıb ki, quru qoşunlarının komandanlığı xüsusi yük uçuşlarıbı koordinasiya etməyə çalışdığı üçün yük Tayvana göndərilməzdən əvvəl Kaliforniyadakı Travis Hərbi Hava Qüvvələri bazasında üç aydan çox açıq havada saxlanılıb və uzun müddət ərzində yağışa məruz qalıb.

Musavat.com

14.09.2024 21:42
831