Pentaqon rəhbəri Həsən Nəsrullahın öldürülməsi xəbərini alanda qəzəblənib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "ABC News" yayıb.
Məlumata görə İsrailin əməliyyatın başlamasına cəmi bir neçə dəqiqə qalmış ABŞ-ı Hizbullah liderini vurmaq planları barədə məlumatlandırdığı məlum olub.
Yəhudi dövlətinin ABŞ-a Hizbullah baş katibinin qətlinin mümkün nəticələrinə hazırlaşmaq üçün vaxt verməməsi Amerika rəsmilərinin xoşuna gəlməyib.