Pentaqondan 5,4 milyardlıq MÜQAVİLƏ

ABŞ Müdafiə Nazirliyi hava təhdidlərinə qarşı müdafiəni gücləndirmək üçün bir neçə şirkətlə ümumi məbləği 5,4 milyard dollar olan müqavilələr bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd edildiyi kimi, bu vəsait “düşmənlərdən gələ biləcək hava təhdidlərindən qorunmaq üçün” ayrılacaq. Açıqlamadan belə çıxır ki, işin həm ABŞ-da, həm də xaricdə aparılması planlaşdırılır.

Pentaqonun müqaviləsi üzrə podratçılar ABŞ-da yerləşən “Airborne Tactical Advantage”, “Blue Air Training”, “Coastal Defense”, “Draken International”, “RAVN Group”, “Tactical Air Support”, “Top Aces”, “Valkyrie Aero” şirkətləridir. Məlumatda bununla bağlı görüləcək işlərin 2029-cu il oktyabrın 13-dək başa çatdırılacağı bildirilib.

Musavat.com

10.09.2024 13:28
501