Pentaqon yeni qüvvələrin Yaxın Şərqə göndərilməsi variantını nəzərdən keçirir

ABŞ İsrailin Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahı məhv etməsindən sonra Yaxın Şərq bölgəsində öz hərbi kontingentinin sayını artırmaq variantını nəzərdən keçirir.

Bu barədə NBC telekanalı Amerika rəsmilərinə istinadən məlumat verib.

Bildirilib ki, hərbiçilər artıq Pentaqon rəhbəri Lloyd Ostinə bölgədə qoşunların və silahların sayının artırılması üçün müxtəlif variantlar təqdim ediblər. Müdafiə naziri bu məsələ ilə bağlı ABŞ Prezidenti Cozef Baydenlə əlaqə saxlayıb. Telekanalın dəqiqləşdirdiyi kimi, hələ ki yekun qərar qəbul edilməyib.

Yaxın Şərqdə Amerika qoşunlarının sayı təxminən 40 min nəfərdir./Report

29.09.2024 12:33
228