Musavat.com xəbər verir ki, ABŞ müdafiə naziri Pit Hegset Fox News-a müsahibəsində Venesuelada hakimiyyət dəyişikliyi məsələsinə toxunub.
Onun sözlərinə görə, bu barədə qərar prezident Donald Trampın səlahiyyətindədir. Nazir vurğulayıb ki, ABŞ hərbçilərinin narkotik qaçaqmalçılarına məxsus Venesuela gəmisinə hücumu yalnız başlanğıc ola bilər.
“Bizim havada, dənizdə və gəmilərdə imkanlarımız var. Çünki bu, bizim üçün son dərəcə ciddi missiyadır və yalnız bu zərbə ilə dayanmayacaq”, – Hegset qeyd edib.
Musavat.com