Pentaqon RƏSMƏN açıqladı: Şimali Koreya qoşunları Kurska GİRDİ, amansız DÖYÜŞLƏR gedir - Hərbi analitiklə CANLI

"Bu, Rusiya-Ukrayna müharibəsində eskalasiya yaradacaq, hərçənd, KXDR hərbçiləri, sadəcə, "top yeminə" çevrilə bilər..." ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Şimali Koreya qoşunlarının Rusiya ərazisində yerləşdirilməsinin sübutları var. Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Pentaqon rəhbəri bu qüvvələrin Rusiya ərazisində yerləşdirilməsinin məqsədlərinin nədən ibarət olması ilə bağlı detallara varmayıb. "KXDR qoşunlarının Rusiya ərazisində olmasının sübutları var. Onlar orada məhz nə ilə məşğuldur? Bunu gərək müşahidə edək. Bu şeyləri biz hələ aydınlaşdırmalıyıq", - Ostin Romada jurnalistlərə deyib.

Xəbər verildiyi kimi, KXDR hərbçiləri Rusiyanın Ukraynaya qarşı müharinəsində kömək üçün 12 min əsgərini, o cümlədən xüsusi əməliyyatlar üzrə elit bölmələrini Rusiyaya göndərib. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarədinin rəhbəri Kirill Budanov bəyan edib ki, KXDR-in ilk hərbçilərinin bu gün, oktyabrın 23-də Rusiyanın Kursk vilayətinə gəlişi gözlənilir. Onların sayı və təchizatı barədə hələlik məlumat verilmir.

Bundan öncə KİV-lər yazıb ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində yardım üçün təkcə quru qoşunları göndərməyib.

Oktyabr ayında Rusiyaya həmçinin təcavüzkar ölkənin hərbi təyyarələrini idarə edə biləcək qırıcı pilotlar da gəlib. Onlar məşq üçün gələ bilər, lakin Rusiyanın onları müharibəyə cəlb edəcəyi istisna edilmir.

Şimali Koreyanın Ukraynada müharibədə iştirak etməsi üçün qoşunlar hazırladığı barədə məlumatlar münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlıq doğurub. Ekspertlər qeyd edir ki, bu addım Pxenyanın Moskva ilə münasibətlərinin dərinləşdirməsini sübut edə bilər, hərçənd, Şimali Koreya əsgərləri, sadəcə, "top yeminə" çevrilə bilər, bu barədə "Business İnsider" nəşri yazıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimaıtndakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

24.10.2024 11:30
963