ABŞ Müdafiə naziri Lloyd Ostin elan olunmamış bir səfərlə Ukraynaya gəlib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, o, Prezident Co Baydenin rəhbərliyi altında ABŞ-ın Ukraynaya dəstəyini artırmağa davam etdiyini vurğulayıb.
"Bu gün mən 400 milyon dollar dəyərində yeni yardım paketini elan etmək istəyirəm. Bu paket Ukraynaya döyüş sursatları, hərbi texnika və silahlar üçün nəzərdə tutulub," – deyə Lloyd Ostin bildirib.