Pentaqon İraqda İran könüllülərinə zərbə endirdiyini təsdiqləyib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun şiə qruplaşması “Kataib Hizbullah”ın hədəflərinə hücum etdiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə komandanqlığın X sosial mediasındakı paylaşımında deyilir: “Birləşmiş Ştatlar İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşmasının istifadə etdiyi üç hədəfə birtərəfli hava zərbələri endirib. Zərbələr hücumlara, o cümlədən Ayn əl-Əsəd hərbi bazasına edilən hücuma cavab olub.

Musavat.com

24.01.2024 12:40
578