ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) yüksək rütbəli rəsmiləri "Lockheed Martin" kimi aparıcı müdafiə şirkətlərində pay almaq imkanını müzakirə edirlər.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik CNBC telekanalına müsahibəsində bildirib.
"Müdafiə sektoru ilə bağlı böyük müzakirələr gedir. "Lockheed Martin" gəlirinin 97 %-ni ABŞ hökumətindən alır və faktiki olaraq onun bir hissəsidir. Şirkət gələn raketləri ələ keçirə bilən dəqiq döyüş sursatları və sistemlər istehsal edir", - o deyib.
Donald Tramp administrasiyasının hökumətlə iş görən digər şirkətlərlə də sövdələşməni təkrarlamağı planlaşdırılması ilə bağlı suala Latnik, müdafiə ilə bağlı müzakirələr sadəcə olaraq böyük olduğunu bildirib.