Pensiyalarla bağlı SEVİNDİRİCİ XƏBƏR - Deputat açıqladı

"Parlamentdə bu məsələ ilə bağlı bir neçə dəfə fikir səsləndirmişəm. Ombudsmanın bununla bağlı təklif verməsi məni daha da ruhlandırdı. Düşünürəm ki, kişilər üçün 62, qadınlar üçün isə 60 yaşında pensiyaya çıxmaq ən münasib variant olar".

Bu sözləri "ARB24"ə açıqlamasında deputat Razi Nurullayev bildirib.

O əlavə edib ki, pensiya yaşının azaldılması ilə insanların pensiyaya çıxmaq və müavinət almaq imkanları daha da artacaq.

08.03.2023 13:30
2066