Pensiyalarla bağlı ŞAD XƏBƏR - Nə qədər artacağı AÇIQLANDI - VİDEO

"2024-cü ilin yanvar ayından etibarən bütün əmək pensiyaları indeksasiya olunaraq artırılacaq".

Bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov "ATV Xəbər"ə açıqlamasında bildirib:

"İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar təxminən 11 faiz ətrafında indeksasiya olunaraq artımlar reallaşacaq. Çünki bu ilin geridə qalan aylarında orta aylıq əməkhaqqı 11.3 faiz artıb. Buna uyğun olaraq artımlar baş verəcək. Əvvəlki illərdə pensiyası indeksasiya olunmayan 100 min vətəndaşımızın da 2024-cü ildə pensiyaları indeksasiya olunaraq artırılacaq. Aylıq 425 AZN alan vətəndaşın pensiyası 50 AZN artacaq".

Vüqar Bayramov onu da bildirib ki, pensiya məbləğindən asılı olaraq bu rəqəm dəyişəcək.

Daha çox pensiya alanlarda bu rəqəm yüksək olacaq.

Ətraflı videoda:

02.10.2023 11:57
32869