Pensiyalarla bağlı ŞAD XƏBƏR - ARTDI

"Bu il Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib".

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hesabat dövründə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 466,1 manata yüksəlib: "Keçən illə müqayisədə 16.4 faizlik artım qeydə alınıb. Əvəzetmə əmsalı isə 47.2%-ə çatıb".

27.07.2023 14:50
17691