Pensiya sistemi üzrə əsas çağırışlar AÇIQLANIB

“Pensiya sistemini xarakterizə edən göstəricilər əsasən qənaətbəxş səviyyədə olsa da, gələcək dövr üçün artıq bir sıra çağırışlar üzrə əsaslar formalaşmaqdadır”.

Musavat.com-un APA-ya istinadla xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun büdcədənkənar dövlət fondlarının 2023-cü il üçün büdcələri ilə bağlı Milli Məclisin plenar iclasında çıxışında bildirib.

Vüqar Gülməmmədov deyib ki, onlar arasında ən əsası məşğul əhali və pensiyaçıların sayı arasında olan nisbət göstəricidir:

“İqtisadiyyatda məşğulluğun artırılması ilə bağlı tədbirlərin gücləndirilməsi, rəsmi məşğulluğun artırılması və ödəmələr üzərində inzibati alətlərin gücləndirilməsi hələ ki, kəskin həddə çatmayan göstəricinin davranışında müsbət meyli formalaşdırmış olar”.

18.11.2022 10:46
2301