Bu ilin avqust ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min nəfərdən çox olub.
Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, onların 109,7 min nəfəri yaşa, 14,6 min nəfəri əlilliyə, 20,7 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.