Pensiya alanlarla bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda pensiyaçıların 90%-i sosial sığorta əsaslı pensiya alır.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Xüsusi şərtlərlə pensiya alanların göstəricisi isə təxminən 10%-dir. Onların pensiyası sosial sığorta kapitalı ilə deyil, aldıqları əmək haqqının faizi ilə ölçülür”, - deyə nazir əlavə edib.

22.05.2024 14:18
22678