Pensiya alanlara xəbər var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödəyib.

Musavat.com xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, digər bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

10.11.2024 10:13
81291