Pəncərəni yumruqlaması ölümünə səbəb oldu

Şəkidə bədbəxt hadisə baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Baş Zəyzid kənd sakini, 1990-cu il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu saat 20:00 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.

Nəticədə şüşə onun qolunu kəsib.

P.Babayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

25.07.2024 17:00
941