Pənah Hüseynin rəhbərlik etdiyi AXP qurultay keçirdi - FOTOLAR

Bu gün Azərbaycan Xalq Partiyasının (AXP) növbəti 5-ci qurultayı keçirilib.

Musavat.com xəbər verir ki, qurultayda AXP sədri və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənilib və qənaətbəxş dəyərləndirilib.

Azərbaycan Xalq Partiyasının nizamnaməsi və proqramına dəyişikliklər və əlavələr edilib. Pənah Hüseyn partiya sədri, İdarə Heyəti və MNTK-nın tərkibi seçilib.

Qurultayın işində AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya sədri Tural Abbaslı, BAP sədrinin müavini Vüqar Qasımlı və Qarabağ Komitəsinin sədri S.Məmmədli təbrik çıxışları ediblər.

Musavat.com

11.12.2022 18:49
1058