Pənah Hüseyn partiya sədrliyindən istefa verməsi barədə danışdı - EKSKLÜZİV

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseynin partiya sədrliyindən istefa verməsi barədə xəbərlər yayılıb.

Sabiq baş nazir bu barədə Musavat.com-un müxbirinin suallarına cavab verib.

O, yayılan xəbərləri təkzib edib. AXP sədri deyib ki, onun fikirlərini konteksdən çıxarıblar.

"Bu barədə İdarə Heyətində müzakirələr apara bilərik, demişəm. İstefa verməyim barədə yayılan məlumatlar həqiqətə uyğun deyil" - o deyib.

Musavat.com

05.09.2024 13:22
1495